Xamneyi, Ruhani, erməni deputatı və Güney Azərbaycan türkü
04 iyul 2013 07:09 (UTC +04:00)

Xamneyi, Ruhani, erməni deputatı və Güney Azərbaycan türkü

İrandakı ermənilər türklərə, o cümlədən Güney Azərbaycan türklərinə dünyanın başqa ölkələrində yaşayanlardan fərqli münasibət bəsləmir.

 

İş o yerə çatıb ki, milli haqlarının təmin olunmasını istəyən Güney Azərbaycan türklərinə «yol göstərməyə», bir çox hallarda isə iftira atmaqdan belə çəkinmir.

 

Bu etnik qrupun İslam Respublikasındakı  təmsilçiləri panfarsçılar kimi Güney Azərbaycan türklərinin bu yöndə fəaliyyətini şərləməkdədir.

 

Belələrindən biri də İslam parlamentinin erməni üzvü Karen Xanlaryandır.

 

 

Lent.az-ın «Novosti Armenii»-yə istinadən məlumatına görə, o, İrəvanda keçirdiyi mətbuat konfransında deyib : «İranlı azərbaycanlılar özlərini iranlı sayır».

 

«Son yüz ildə İranda pantürkçü cərəyan dəstəklənməyib»-deyə, o, söyləyib.

 

Erməni deputat özünü ağıllı göstərərək, bildirib: «İranlı azərbaycanlıların çağdaş Türkiyə və Azərbaycan əhalisi ilə etnik qohumluqlarına deməyə çətinlik çəkirəm. Əgər İran pantürkçülük dəstək qazansa idi, o zaman şərait başqa cür olardı».

 

Qeyd edək ki, milli – mədəni haqlarının təmin olunmasını, ana dilində məktəb, tele-radio kanalının açılmasını və başqa bu sayaq haqlarının təmin olunmasını istəyən Güney Azərbaycan türklərini İran hakimiyyət dairələri bir qayda olaraq, «pantürkçü» adlandırır.

 

Xatırladaq ki, İran islam Respublikasının ali lideri ayətullah Xamaneyi ötən gün kütlə qarşısında çıxışı zaman, son illər İranda Güney Azərbaycan türklərinin Milli haqlarının təmini uğrunda mübarizədən rahatsızlığını büruzə verib. O, çıxışında bildirib: «Farslar və türklər qardaşıdır, hamısı iranlıdırlar».

 

İranda yeni prezident seçilmiş Həsən Ruhaninin də fars şovinistlərinin izi ilə gedəcəyi üzə çıxdı.

 

O, prezident seçkisi öncəsi təbliğat kampaniyası zamanı Azərbaycanda bir çox vədlər vermişdi: «Təbrizdə türk dili və mədəniyyət evi yaradılmalıdır», «Urmiya gölü qurtarılmalıdır», «Türk, fars, lor, kürd, ərəb və s. hamısı bərabərhüquqlu olmalıdır».

 

H.Ruhani dövlət televiziyasında kütləvi informasiya vasitələri ilə bağlı çıxışında bunların əksini söyləyib: «Bizim çoxmillətli toplumumuz yoxdur. Bir məmləkətimiz var adı İrandır, bir millətimiz var adı İran milləti. Əlbəttə, ölkəmizdə müxtəlif adət-ənənələr və kiçik mədəniyyətlər vardır... Amma əsas İran millətidir”.

 

Qeyd edək ki, fars şovinistləri bundan öncədə fars mədəniyyətindən başqa digər mədəniyyətləri dəfələrcə «kiçik kültürlər» adlandırıblar. Ruhani də bu çıxışı ilə onların yolunu davam etdirəcəyini bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1674
avatar

Oxşar yazılar