Sabir Rüstəmxanlının partiyası seçkilərlə bağlı qərarını verdi
31 iyul 2015 12:52 (UTC +04:00)

Sabir Rüstəmxanlının partiyası seçkilərlə bağlı qərarını verdi

Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının növbəti toplantısı keçirilib.

 

Partiyadan Lent.az-a verilən məlumata görə, toplantıda ölkədəki ictimai-siyasi vəziyyət və qarşıdan gələn parlament seçkiləri müzakirə olunub. Partiya sədri Sabir Rüstəmxanlı Siyasi Şura üzvləri ilə öz baxışlarını bölüşüb. Millət vəkili VHP-nin bütün seçkilərdə iştirak etdiyini xatırladıb, ölkənin demokratik inkişafı və vətəndaş cəmiyyəti üçün seçkilərdən başqa yol olmadığını deyib. Müzakirələrdən sonra VHP-nin parlament seçkilərində partiya olaraq iştirakına yekdilliklə qərar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 302
avatar

Səlcuq Elçin

Oxşar yazılar