Türkiyə Respublikasının prezidenti Abdullah Gül Azərbaycan prezidenti İlham Əliyevi Respublika Günü münasibəti ilə təbrik edib. Lent.az-ın məlumatına görə, təbrikdə deyilir: “Cənab Prezident, əziz qardaşım! Dost və qardaş Azərbaycanın dövlət bayramı - Respublika Günü münasibətilə Zati-aliləri, Sizin timsalınızda bütün azərbaycanlı qardaşlarımızı türk xalqı və şəxsən öz adımdan ən səmimi duyğularla təbrik edirəm. Azərbaycan ilə gücünü ortaq dil, inanc, mədəniyyət, tarix və dəyərlərimizdən alan və “bir millət, iki dövlət” devizi əsasında həyata keçirdiyimiz güclü dostluq, qardaşlıq və əməkdaşlığın hər sahədə artaraq davam etməsini səmimi qəlbdən arzu edirik. Türkiyə və Azərbaycanın Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitliyin yaradılması istiqamətindəki ortaq səylərinin hər iki ölkə üçün yeni uğurlara yol açacağına əminəm.
Fürsətdən istifadə edərək, Zati-alilərinizin sağlamlıq və xoşbəxtliyi ilə dost və qardaş Azərbaycan xalqının sülh və firavanlığı naminə ən səmimi diləklərimi bir daha bildirirəm”.
Türkiyə prezidentindən Azərbaycan xalqına təbrik
501