Tural Abbaslı: "Partiyanı özümüzə uyğunlaşdıracağıq" - <span style="color:red;">MÜSAHİBƏ
17 may 2016 14:35 (UTC +04:00)

Tural Abbaslı: "Partiyanı özümüzə uyğunlaşdıracağıq" - MÜSAHİBƏ

0

Dünən Vahid Azərbaycan Partiyasının sıralarına daxil olan Müsavat Partiyası başqanlığına sabiq namizəd Tural Abbaslı Lent.az-ın suallarına cavab verdi.  

 

- Vahid Azərbaycan Partiyasına getməyiniz çoxlarına qəribə görsəndi, bu addımınızı necə izah edərsiniz?   

 

- Bizim siyasi arenada tam hüquqlu bir təşkilat kimi fəaliyyət göstərmək məqsədimiz var. Buna görə də iki istiqamətdə iş aparırdıq.  Biri  özümüzün partiya yaratmağımız və qeydiyyata alınaraq siyasi arenaya daxil olmağımız, ikincisi isə qeydiyyatda olan partiyaların sıralarına daxil olaraq ciddi reformalar aparmaq idi. Biz ikincisini seçərək Vahid Azərbaycan Partiyasının sıralarına daxil olduq.  

 

- Yəni, sizə qeydiyyatdan keçmiş, hazır partiya lazım idi...

 

- Əgər belə demək olarsa... Özümü o partiyaya uyğunlaşdırmaq yox, partiyanı bizə uyğunlaşdırmaq niyyətindəyik.

 

- Reformalar deyəndə nəyi nəzərdə tutursunuz?

 

- Yəni partiyanın yenindən quracağıq. Reformaların kiçiyi və böyüyü olmur.

 

- Vahid Azərbaycan Partiyasının bu yaxınlarda dünyasını dəyişən sədri Kərrar Əbilovla siyasi baxışlarınız üst-üstə düşürmü? Bu partiyanın keçmişdə təmsil olduğunuz siyasi təşkilatdan üstünlükləri nədir?

 

- Sabiq sədr, mərhum Kərrar Əbilovla bizim siyasi baxışlarımız heç vaxt üst-üstə düşməyib. Yalnız onu da deyim ki, partiya baxışları ilə şəxsi baxışları fərqlidir. Mən bu günə qədər müsavatçı olmuşam. İndiyə qədər də baxışlarım digər hər hansı partiyanın sədri ilə üst-üstə düşməyib. Biz Müsavatın fəaliyyətinin olmadığını görüb, onun sıralarından çıxdıq.

 

- İndi Vahid Azərbaycan Partiyasında sizin kimi düşünməyənlərlə necə edəcəksiniz?

 

- Təbii ki, yeni partiyada siyasi baxışları üst-üstə düşənləri saxlayacağıq, digərini isə düzəltməyə çalışacağıq. Hələ məsələlərin hüquqi və təşkilatı tərəfləri də var. İnşallah qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün əlimizdən gələni edəcəyik. Yaxın vaxtlarda qurultay keçirməyi planlaşdırırıq. Bu barədə ətraflı məlumat açıqlanacaq. Partiyanın sədr postu boş olduğundan qurultayda Vahid Azərbaycan Partiyasının sədrliyinə namizəd olacağam. Bu partiya əvvəllər siyasi səhnədə kifayət qədər aktiv olub. Əminəm ki, biz də öz fəaliyyətimizlə partiyanın güclənməsinə və Azərbaycan siyasi səhnəsində öz yerini tutmasına nail olacağıq.

 

- Belə məlum olur ki, Vahid Azərbaycan Partiyasının seçmək heç də təsadüfi deyil. Sədri olmayan, hazır qeydiyyatdan keçmiş partiyadır...

 

- Bəli, təsadüf deyil. Bu gün Azərbaycanda qeydiyyatdan keçmiş 55 siyasi partiya var. Ən yaxşı halda 5-10 partiya bu və digər formada siyasi həyatda iştirak edib. Qalan 40-45 partiya isə bütün hüquqi imkanlarına baxmayaraq fəaliyyətsizdilər. Biz istənilən partiyanın üzvü olub, orada dəyişiklik edə bilərdik. Hətta Müsavat Partiyasında başqanlığa namizəd verməyimizin də səbəbi o idi ki, partiyada reformalar aparaq. Qurultaydan sonra 2 illik fəaliyyətimiz oldu. Biz mübarizə apardıq. Gördük, alınmır. Daxili münaqişələrə vaxt itirmək istəmədik. Ona görə, Müsavat sıralarından getdik.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 425

Oxşar yazılar