Sülhəddin Əkbər Müsavata qarşı
27 noyabr 2013 12:06 (UTC +04:00)

Sülhəddin Əkbər Müsavata qarşı

Rüstəm İbrahimbəyovun təklifi dəstəklənəcək

 

Milli Şurada təmsil olunan Açıq Cəmiyyət Partiyasının üzvləri qurumda struktur dəyişikliyi edilməsi məsələsində hansı variantı dəstəkləyəcəklərini müəyyənləşdiriblər.

 

Bu barədə Lent.az-a açıqlama verən ACP sədri Sülhəddin Əkbər bildirib ki, səsləndirilən arqumentləri nəzərə alaraq, mövcud şəraitdə R.İbrahimbəyovun təklifini dəstəkləyəcək və həmsədrlik institutuna keçməsini müdafiə edəcəklər.

 

ACP sədrinin sözlərinə görə, bununla belə, Milli Şura struktur dəyişikliyinə getməzdən daha öncə gələcək fəaliyyəti ilə bağlı konsepsiya qəbul etməlidir: “İlk növbədə Milli Şuranın gələcək fəaliyyəti ilə bağlı konkret qərarlar verilməli, konsepsiyası qəbul edilməlidir. Yalnız bütün bunlar müəyyənləşdikdən sonra Milli Şuranın daxilində struktur dəyişiklərinə getmək, yeni fəaliyyət mexanizmi və ya forması yaratmaq mümkündür. Konsepsiya qəbul edilmədən, fəaliyyət mexanizmi hazırlanmadan struktur dəyişikliyinə gedilməsinin heç bir əhəmiyyəti yoxdur”.

 

Qeyd edək ki, Milli Şuranın sədri R.İbrahimbəyov qurumun həmsədrlik institutuna keçməsini və Cəmil Həsənlinin də həmsədr olmasını təklif edir. MŞ-də təmsil olunan Müsavat qrupu isə həmsədrliyə ehtiyac olmadığını, R.İbrahimbəyovun sədrlikdən istefa verməsini və C.Həsənlinin sədr seçilməsini təklif edirlər.

 

Anar GƏRAYLI

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 500
avatar

Anar Gəraylı

Oxşar yazılar