Siyavuş Novruzov QHT-ləri sərt tənqid etdi
23 may 2018 13:08 (UTC +04:00)

Siyavuş Novruzov QHT-ləri sərt tənqid etdi

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov ölkədə qeyri-hökumət təşkilatlarının (QHT) əksəriyyəti yalnız populizmlə məşğul olduğunu bildirib.

 

APA-nın məlumatına görə, S. Novruzov Milli Məclisdə keçirilən dəyirmi masada bildirib ki, hazırda ölkədə 5000 QHT fəaliyyət göstərir: “Lakin onların əksəriyyəti yalnız populizmə məşğul olur. İnsan haqları və sair mövzunu əldə bayraq edirlər ki, xaricin diqqətini çəksinlər, qrant əldə etsinlər. Ölkədəki daxili problemlər, məsələn psixoloji yardım və sair məsələlər isə diqqətdən kənarda qalıb. Ona görə də QHT-lərin fəaliyyəti cəmiyyətdə o qədər də hiss olunmur”.

 

S. Novruzov qeyd edib ki, ölkədə psixoloji yardım və vəkilliklə bağlı çatışmazlıqlar mövcuddur: “Bu gün ölkədə 10 000 nəfərə 1 vəkil düşür. Vəkilliklə bağlı qanuna dəyişiklik etdik, bu sistemi artıq dəyişirik. Güman edirəm ki, psixoloji yardımla bağlı vəziyyətə də baxmaq lazımdır. Hər ailənin psixoloqu, vəkili olmalıdır. Məhz bu çatışmazlıq səbəbindən ailələrdə, gənclər arasında problemlər yaranır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 500
avatar

APA Baycan

Oxşar yazılar