“Azərbaycan və Türkiyə bayraqları müqəddəs bayraqlardır. Bunu heç vaxt, heç kim nə basa, nə də dağıda bilər. Ermənistan ordusunun gücü isə yalnız bayrağı yandırıb, bunu televiziyada göstərməyə çatır”.
Lent.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin bugünkü iclasında jurnalistlərə açıqlamasında deputat Səməd Seyidov deyib.
S.Seyidovun sözlərinə görə, ermənilər bununla onu göstərir ki, onlar sülhə hazır deyil və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmir: “Ermənilər bu hərəkətləri ilə sübut edirlər ki, onlar ordu yox, bir qrup qanunu pozan, başqa ölkənin torpaqlarını işğal edən şəxslərdir. Bu o deməkdir ki, Ermənistanda sözün əsl mənasında ordu yoxdur”.