Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Müdafiə Sənayesi Müşavirliyinin nümayəndə heyətini qəbul edib. Lent.az-ın məlumatına görə, görüş zamanı hərbi texniki əməkdaşlığın prioritetləri barədə müzakirələr aparılıb.
Görüşdə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alper Coşkun və Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşesi Yücel Karaüz iştirak edib.