
Seçki bülletenlərinin çapına başlanıldı
Bu gün Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanıb.
APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının 6 mart tarixli qərarına əsasən prezident seçkiləri ilə əlaqədar 5 milyon 347 min 803 bülleten çap olunacaq.
Seçki Məcəlləsinə uyğun olaraq bülletenlərin çap prosesi seçki gününə 10 gün qalmış, yəni aprelin 1-dək yekunlaşmalıdır. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, seçki bülletenlərinin dərci bir həftə ərzində yekunlaşacaq. Seçki bülletenləri seçki dairələrinə səsverməyə gününə 5 gün qalmış, seçki məntəqələrinə isə səsverməyə 3 gün qalmış çatdırılacaq.
Seçki bülletenləri Naxçıvan Muxtar Respublikasındakı seçki dairələrinə, sonra Azərbaycanın digər ucqar rayonlarındakı dairələrə, ən sonda isə Sumqayıt, Abşeron və Bakıdakı seçki dairələrinə paylanacaq.
Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53