Sabir Rüstəmxanlı yenə DAK-ın həmsədri seçilib
18 aprel 2015 18:08 (UTC +04:00)

Sabir Rüstəmxanlı yenə DAK-ın həmsədri seçilib

0

Bu gün Dünya Azərbaycanlıları Konqresinin (DAK) İstanbulda keçirilən qurultayında Sabir Rüstəmxanlı və Firudin Pərvizniya qurumun növbəti müddətə yenidən həmsədri seçiliblər.

 

DAK-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bundan əlavə, qurultayda 21 nəfər DAK İdarə Heyətinin və 5 nəfər NTK-nın üzvü seçilib.

 

Eyni zamanda Türkiyədəki Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil Ünal DAK Məşvərət Məclisinin sədri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 190

Oxşar yazılar