Sabah Milli Şura Cəmil Həsənlinin sədrlik məsələsinə baxacaq
06 noyabr 2013 15:50 (UTC +04:00)

Sabah Milli Şura Cəmil Həsənlinin sədrlik məsələsinə baxacaq

Noyabrın 7-də saat 11-də Müsavat Partiyasının qərargahında Milli Şuranın toplantısı keçiriləcək.

 

Bu barədə Lent.az-a Milli Şuranın hüquq komissiyasının sədri Vidadi Mirkamal məlumat verib. O bildirib ki, iclasda Milli Şurada təmsil olunan partiya sədrləri və qurumun komissiya sədrləri iştirak edəcək.

 

V.Mirkamalın sözlərinə görə, iclasda Milli Şuranın gələcək taleyi ilə bağlı bir sıra mühüm məsələlər müzakirə ediləcək. Sabahkı toplantıda Milli Şuranın strukturunun dəyişdirilməsi və həmsədrlik institutuna keçilib-keçilməyəcəyi ilə bağlı məsələ də müzakirəyə çıxarılacaq.

 

Milli Şuranın üzvü Fuad Qəhrəmanlı isə bildirib ki, qurumun növbəti sessiyası bu həftənin sonuna qədər keçirilə bilər. Qurumun sabahkı toplantısında Milli Şuranın növbəti sessiyasının da vaxtının müəyyənləşdirilməsi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1162
avatar

Anar Gəraylı

Oxşar yazılar