Dekabrın 3-də Milli Məclisin növbəti sessiyası keçiriləcək.
Lent.az-ın məlumatına görə, parlamentin sabahkı iclasının gündəliyinə 10 məsələ daxildir.
Sessiyada 15 yaşına çatmış şəxslərin fərdi identifikasiya kartının tətbiq olunması ilə bağlı bir sıra sənədlər müzakirəyə çıxarılacaq. Eyni zamanda təhsil və vergi ilə bağlı da qanunvericiliyə bir neçə dəyişikliyin edilməsi nəzərdə tutulub.