Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycana rəsmi səfəri çərçivəsində fevralın 28-də Naxçıvan Muxtar Respublikasına yola düşüb.
APA-nın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Gürcüstan prezidentini hava limanında baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.