Rəsul Quliyev Arif Hacılını “topa tutdu”
05 noyabr 2013 13:10 (UTC +04:00)

Rəsul Quliyev Arif Hacılını “topa tutdu”

“Bütün aspektlərdə natamam adam olan belə birisini özünə sədr seçən istənilən təşkilatın axırı yoxdur”.

 

Lent.az-ın məlumatına görə, bu sözləri “Həftə içi”nə müsahibəsində Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Arif Hacılının bu partiyanın növbəti başqanı olmaq şanslarını dəyərləndirən Milli Şura üzvü, sabiq spiker Rəsul Quliyev deyib.

 

O, bildirib ki, İsa Qəmbərin siyasətindən xoşu gəlməsə də, həqiqət naminə onu Arif Hacılı ilə müqayisə etmək Müsavat başqanına təhqir olar: “İntellektual baxımdan məsələləri özünün xeyrinə olsa belə, analiz etmək qabiliyyətinə görə müqayisəolunmaz səviyyədə üstün olan İsa Qəmbəri elə birisi ilə əvəz etməkdənsə, o, özü qalıb işləsə yaxşıdır. Özünün məhdud ağlının çərçivəsindən çıxa bilməyən və partiya üzvlərini də bu çərçivəyə salmaq istəyəcək bir şəxsi necə sədr seçmək olar? Bu qardaşlar bir dəstədir. Hamısı eyni səviyyədə ona-buna şər atmaqla məşğuldurlar. Nə qədər ki, bu formatda olan insanlar Müsavat Partiyasını ailə podratına çevirib hədyanlar yazacaqsa, bir o qədər də partiyalarını hörmətdən salacaqlar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 998
avatar

Anar Gəraylı

Oxşar yazılar