“Əgər şəxs partiyadan istefa veribsə, ya xaric olunubsa, yalnız 6 aydan sonra müraciət eləyərək yenidən qəbul oluna bilər. Yəni Müsavatın nizamnaməsində partiyaya bərpa söhbəti yoxdur”.
Bunu Lent.az-a açıqlamasında Müsavat Partiyasının Təşkilat şöbəsinin müdiri Razim Əmiraslanov partiyadan uzaqlaşdırılan Qubad İbadoğlunun yenidən partiyaya üzv olması barədə sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, Müsavat Partiyası nizamnaməyə uyğun idarə olunur: “Elə buna görə də verilən qərarlar nizamnaməyə uyğun olaraq həyata keçirilir”.
Xatırladaq ki, başqanlığa keçmiş namizəd Qubad İbadoğlu Müsavat Divanı tərəfindən partiyadan uzaqlaşdırılıb.