“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bu il keçiriləcək parlament seçkilərində namizəd olub-olmayacağına aydınlıq gətirib. Baş redaktor Lent.az-a açıqlamasında jurnalistin millət vəkilindən daha böyük statusa malik olduğunu deyib: “Parlament seçkilərində iştirak etməklə bağlı hələ qərar verməmişəm. İştirak edə də bilərəm, etməyə də bilərəm. Mən əslində millət vəkilindən yüksək statusa malikəm. Mən jurnalistəm, eyni zamanda bir neçə media quruluşum, qrupum var. Hansı deputatın elə imkanı, gücü var?".
R.Arifoğlunun sözlərinə görə, son zamanlar atdığı addımlar "mandata görə deyil": "Mənim bir yox, bir neçə mandatım var. Parlament nədir? Danışan insan deməkdir. Sözünü demək üçün tribuna. Mənim bu imkanlarım var, hətta mən deputatlara tribuna verirəm. Məndən xahiş edirlər ki, onlara yer verəm. Bu baxımdan mənim bir problemim yoxdur". Mən xalqın, oxucuların, ictimaiyyətin deputatıyam”.