Rafiq Manaflı: “Milli Şuraya onsuz da Cəmil Həsənli sədrlik edirdi”
29 noyabr 2013 18:16 (UTC +04:00)

Rafiq Manaflı: “Milli Şuraya onsuz da Cəmil Həsənli sədrlik edirdi”

“Milli Şura yaranandan indiyə qədər Rüstəm İbrahimbəyovsuz, bir müddət də faktiki olaraq vahid namizədinin sədrliyi ilə fəaliyyət göstərib. Hesab edirəm ki, onun istefası da qurumda heç bir şeyi dəyişməyəcək. Milli Şuraya onsuz da Cəmil Həsənli sədrlik edirdi”.

 

Bunu Lent.az-a açıqlamasında Milli Şuranın üzvü, VHP Ali Məclisinin sədri Rafiq Manaflı deyib.

 

O bildirib ki, R.İbrahimbəyovun istefası Milli Şurada istefaların olmasına gətirib çıxarmayacaq. R.Manaflının sözlərinə görə, R.İbrahimbəyov böyüklük göstərərək sədrlikdən çəkildi, çünki həmsədrlik məsələsi son dövrlər MŞ-də kəskin fikir ayrılıqlarının yaranmasına gətirib çıxarmışdı: “Bilirsiniz ki, Milli Şuranın həmsədrlik institutuna keçilməsi təklifi qurumda kəskin fikir ayrılıqlarına gətirib çıxarmışdı. Özü də mən bilirəm ki, burada həmsədrliyə qarşı olan təkcə Müsavat Partiyası təmsilçiləri deyildi, digər şəxslər də kifayət qədər idi. Müsavat Partiyası bu məsələni sadəcə açıq şəkildə dilə gətirirdi. Rüstəm İbrahimbəyov da bu məsələnin qarşısını almaq üçün sədrlikdən getməyi məqsədə uyğun hesab edib”.

 

VHP rəsmisi qeyd edib ki, R.İbrahimbəyova görə MŞ-dən hansısa istefaların olacağına inanmır: “Narazı olan tərəflərdən ALP və ACP üzvləri artıq qurumdan çıxıb. Mənim müşahidə etdiyim qədərilə Milli Şurada olan hamı qurumun fəaliyyətini davam etdirməsinin və güclənməsinin tərəfdarıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 870
avatar

Anar Gəraylı

Oxşar yazılar