Qənirə Paşayeva Mersin bələdiyyəsinin sədri ilə görüşüb
23 fevral 2015 17:36 (UTC +04:00)

Qənirə Paşayeva Mersin bələdiyyəsinin sədri ilə görüşüb

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva  Mersin Böyük Şəhər bələdiyyəsinin sədri  Burhanettin Kocamazla  görüşüb. Lent.az-ın məlumatına görə, gorüşdə Azərbaycan  ilə  Türkiyənin bəzi  şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər  və  bələdiyyələr  olduğunu bildirərək,  Mersin bələdiyyəsinin Azərbaycan bölgələrindən  biri  ilə qardaş olaraq görmək istədiklərini bildirib.    

 Mersin Büyükşehir bələdiyyəsinin sədri  Burhanettin Kocamaz Türkiyənin  və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq  Mersin  bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyərək qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib.

Görüşün sonunda millət vəkili Mersin Böyük şəhər bələdiyyə başqanına həmmüəllifi olduğu “Hocalı soykırımı tanıkların dilindən” kitabını, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən hazırlanan “Azərbaycan həqiqətləri” filmləri kataloqunu, Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar hədiyyə edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 151
avatar

Oxşar yazılar