İstanbulda “Türk Dünyası ve Diasporunda Algı Yönetimi” mövzusunda 4-cü Türk Dünyası Forumu keçirilib. Lent.az-ın məlumatına görə, millət vəkili Qənirə Paşayeva da geniş məruzə ilə də çıxış edərək, dünyanın hər tərəfindən gəlmiş diaspor təşkilatlarına səslənib. O, Roma Papası Fransiskinin heç bir tarixi əsası olmayan açıqlamalarından, Avropa Parlamentinin qondarma erməni soyqırımını tanıyan qərarlarından, son günlər Almaniya, Avstriya Parlamentinin qondarma erməni soyqırımını tanıyan qərarlarından danışıb və dünyanın hər yerində yaşayan türk insanının bunlardan narahat olması gərəkdiyini bildirib.
Millət vəkili işğalçı bir ölkəyə işğal etdiyin Azərbaycan torpaqlarını azad et deməyən o siyasətçilərin bu məsələlərdən öz maraqları üçün istifadə etdiklərini deyib.