Rusiya prezidenti Vladimir Putinin Bakıya işgüzar səfəri başa çatıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, səfərin sonunda o, prezident İlham Əliyevlə qeyri-formal şəraitdə görüşüb.
Rəsmi nahardan sonra prezident rusiyalı həmkarını öz evinə dəvət edib. Həmin qeyri-formal görüşdə dövlət başçıları çay süfrəsi arxasında ikitərəfli qarşılıqlı aktual məsələlərdən danışıblar.