Putin: “Xəzərdə hələ çox problem var...”
13 avqust 2013 20:11 (UTC +04:00)

Putin: “Xəzərdə hələ çox problem var...”

 Rusiya Xəzər regionunun əməkdaşlıq regionuna çevrilməsi üçün dənizin probleminin tezliklə nizamlanmasının tərəfdarıdır.

 

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin bu gün Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

 

“Biz danışıqlarda Xəzər regionu çərçivəsində problemlərin həllinə böyük diqqət ayırdıq. Biz bu regionun sülh, sabitlik və əməkdaşlıq regionuna çevrilməsində maraqlıyıq”, - deyə V. Putin bildirib. 

 

Rusiya prezidenti qeyd edib ki, hələlik həllini tapmamış çox problem qalır: “Buraya təhlükəsizlik, sərhədlərin bölünməsi, Xəzər dənizinin biomüxtəlifliyinin qorunub saxlanması və digər məsələlər daxildir. Biz bu məsələlərin həllində və təbii ki, bütün region ölkələrinin maraqları nəzərə alınmaqla həllində maraqlıyıq”, - deyə o bildirib.

 

V. Putin diqqətə çatdırıb ki, Bakıda yüksək səviyyədə keçirilən danışıqlarla eyni vaxtda Rusiyanın Xəzər Flotiliyasının gəmi dəstəsi də Azərbaycan paytaxtına səfər edib: “İlin sonunda isə Azərbaycan dənizçiləri Həştərxana cavab səfəri edəcəklər”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1688
avatar

Oxşar yazılar