Minsk qrupu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın görüşünün nə vaxt baş tutacağı hələ müəyyənləşdirilməyib.
Bu barədə Lent.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. O bildirib ki, bu istiqamətdə danışıqlar davam edir və görüşün vaxtı və yeri ilə bağlı detallar məlum olduqda, prezidentin mətbuat xidməti bu barədə rəsmi məlumat yayacaq.
Xatırladaq ki, ATƏT-in baş katibi Lamberto Zayner Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün keçirilməsi ilə bağlı razılıq əldə olunduğunu və hazırda bu istiqamətdə danışıqların getdiyini bildirib. O, görüşün bu ilin sonuna qədər baş tutacağına ümid etdiyini vurğulayıb.