Prezident İtaliyanın baş nazirinin müavini qəbul edib
13 iyun 2015 13:38 (UTC +04:00)

Prezident İtaliyanın baş nazirinin müavini qəbul edib

 

İyunun 13-də Azərbaycan prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn İtaliyanın baş nazirinin birinci müavini Klaudio De Vinçentini qəbul edib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, İtaliya baş nazirinin birinci müavini Klaudio De Vinçenti “Bakı-2015” ilk Avropa Oyunlarının açılış mərasiminin onda dərin təəssürat yaratdığını deyib.

 

Görüşdə Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulandı, səfərin əməkdaşlığımızın müxtəlif istiqamətlərinin müzakirəsi baxımından önəmi qeyd olundu, əlaqələrin enerji, sərmayə qoyuluşu, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, qeyri-neft sektoru və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 162

Oxşar yazılar