Prezident İlham Əliyev martın 7-də Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Mərkəzi Asiya departamentinin direktor müavini Yuha Kahköneni qəbul edib. Lent. az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, o, təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib. Azərbaycan iqtisadiyyatının dünyada çox sürətlə inkişaf etdiyini məmnunluqla vurğulayıb. Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsinin önəmindən danışıb.
İqtisadiyyatın neft-qaz sektorundan asılılığının azaldılması istiqamətində böyük işlərin görüldüyünü vurğulayan Prezident ötən il qeyri-neft sektorunun 10 faiz artdığını qeyd edib. Bunu ölkəmizdə həyata keçirilən uğurlu proqramların nəticəsi kimi dəyərləndirib.
Görüşdə Azərbaycanla Beynəlxalq Valyuta Fondu arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.