Macarıstanda səfərdə olan prezident İlham Əliyev bu ölkənin baş naziri Viktor Orbanla görüşüb. Lent.az-ın Macarıstan mətbuatına istinadən verdiyi məlumata görə, görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb.
Macarıstanın hökumət başçısı vurğulayıb ki, Azərbaycan qazının tədarükü Macarıstan, o cümlədən bütün Avropanın marağındadır: Mövcud müqavilələr Azərbaycan qazının Şərqi Avropaya tədarükünü təmin edir. Bu qazin Mərkəzi Avropaya gətirilmesi üçün şərtlər müəyyən edilməlidir".
O, Aİ-nin üzv dövlətlərini vahid bazar yaratmağa və ilk addım kimi bir-birlərinin qaz şəbəkələrini birləşdirməyə çağırıb.