Prezident gurcü deputatları qəbul edib
07 iyul 2014 16:26 (UTC +04:00)

Prezident gurcü deputatları qəbul edib

0

Prezident İlham Əliyev iyulun 7-də Gürcüstan parlamentinin sədri David Usupaşvilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, dövlət başçısı Azərbaycanla Gürcüstan arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrimizin uğurla inkişaf etdiyini bildirib.

 

Parlamentlərimiz arasında əlaqələrin önəmini vurğulayan prezident İlham Əliyev parlamentlərarası, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın inkişafından məmnunluğunu ifadə edib.

 

Prezident qanunvericilik sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edərək, parlamentlər arasında əlaqələrin ikitərəfli münasibətlərimizin inkişafına öz töhfəsini verdiyini bildirib.
 

Gürcüstan parlamentinin sədri David Usupaşvili rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərində məqsədin iki ölkə parlamentləri arasında qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsindən ibarət olduğunu söyləyib.

 

Qonaq qarşılıqlı faydalı və strateji münasibətlərimizin qurulması işində deputatların rolunu qeyd edərək, Gürcüstanda yeni seçilmiş parlamentin Azərbaycan ilə bundan sonra da uğurlu əməkdaşlığı davam etdirəcəyini məmnunluqla vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 598

Oxşar yazılar