Çindəki səfirliyimizin binası üçün torpaq sahəsindən istifadəyə dair protokol təsdiqlənib
10 avqust 2015 19:04 (UTC +04:00)

Çindəki səfirliyimizin binası üçün torpaq sahəsindən istifadəyə dair protokol təsdiqlənib

0

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının Çindəki Səfirliyinin binasının inşası üçün torpaq sahəsindən istifadə haqqında Sazişə Əlavə Protokolun təsdiq edilməsi barədə sərəncam imzalayıb.

Lent.az-ın president.az-a istinadən məlumatına görə,  Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının Çindəki Səfirliyinin binasının inşası üçün torpaq sahəsindən istifadə haqqında Sazişə 2015-ci il fevralın 16-da Pekin şəhərində imzalanmış Əlavə Protokol təsdiq edilib.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən Əlavə Protokolun müddəalarının həyata keçirilməsini təmin etmək və əlavə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərməsi tapşırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 445

Oxşar yazılar