“APA-Economics”in məlumatına görə, görüşdə “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanma mərasiminin önəmi vurğulanıb, layihənin reallaşdırılmasına G. Ottingerin verdiyi dəstək yüksək qiymətləndirilib.
Söhbət zamanı layihənin Azərbaycanla AB üzvü olan ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təmin olunması işinə töhfə verəcəyinə əminlik ifadə olunub, əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.