Parlament partiyaları arasında pul davası
24 oktyabr 2013 17:06 (UTC +04:00)

Parlament partiyaları arasında pul davası

“Milli Məclisdə təmsil olunan bəzi partiyalara ümumiyyətlə dövlət büdcəsindən maliyyə yardımı ayrılmamalıdır. Konkret olaraq, Milli Dirçəliş Hərəkatı, Sosial Rifah və Vətəndaş Birliyi Partiyalarına büdcədən pul ayrılmasının əleyhinəyəm. Bu partiyalar həmin vəsaitlərə layiq deyil”.

 

Bu sözləri Lent.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib.

 

O, dövlət büdcəsindən partiyalara maliyyə yardımı ayrılmasına münasibət bildirərkən belə deyib.

 

O, bu fikrini onunla əsaslandırmağa çalışıb ki, adıçəkilən partiyaların parlamentdə iştirakı çox zəif görünür. S.Əsədlinin sözlərinə görə, həm MDH, həm də VBP və SRF seçkilərdə heç vaxt partiya kimi iştirak etməyib: “Fərəc Quliyevin hərəkatı o, deputat seçiləndən sonra yaradılıb. Xanhüseyn Kazımlı və Sabir Hacıyev isə seçkilərdə hər zaman fərdi qaydada iştirak ediblər. Ona görə də bu partiyalarla VHP-yə eyni yanaşma ilə maliyyə yardımı ayrılması doğru deyil”.

 

S.Əsədli onu da bildirib ki, partiyalara ayrılan maliyyə vəsaitinin artırılmasının tərəfdarıdır. O, VHP-yə ayrılan pulun partiyanı saxlamağa yetərli olmadığını deyib. S.Əsədli hesab edir ki, partiya aparatının bütün xərclərini rahatlıqla ödəmək üçün ildə ən azı 5 milyon manat vəsait ayrılmalıdır.

 

Xatırladaq ki, “Siyasi partiyalar haqqında” Qanuna görə dövlət büdcəsindən ayrılan vəsaitin 40 faizi Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 898
avatar

Anar Gəraylı

Oxşar yazılar