Oqtay Əsədov Rusiyaya gedəcək
03 iyun 2014 17:51 (UTC +04:00)

Oqtay Əsədov Rusiyaya gedəcək

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti iyunun 4-də Rusiya Federasiyasına rəsmi səfər edəcək. Bu barədə Lent.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.


Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədrləri Arif Rəhimzadə, Əli Hüseynli, deputatlardan Ülvi Quliyev, Mixail Zabelin, Muxtar Babayev, parlament aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Səfər çərçivəsində Milli Məclisin Sədri Oqtay Əsədovun Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə, Dövlət Dumasının spikeri Sergey Narışkinlə, ölkənin baş nazirinin müavini Dmitriy Roqozinlə görüşləri nəzərdə tutulub.

 


Bu görüşlərdə parlamentlər səviyyəsində münasibətlərin bu günü və gələcək inkişaf perspektivləri, qanun  yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi, deputatların qarşılıqlı səfərləri, ölkələrimiz arasında həyatın müxtəlif sahələrində ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılacaq. 


Səfər iyunun 5-də başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 811

Oxşar yazılar