Oqtay Əsədov: ”Əsassız danışmayın”
25 fevral 2014 13:14 (UTC +04:00)

Oqtay Əsədov: ”Əsassız danışmayın”

Parlamentin bu gün keçirilən iclasında jurnalist Xədicə İsmayıl barəsində deputat Ceyhun Osmanlının Baş Prokurorluğa təqdim etdiyi səs yazısı məsələsi qaldırılıb.

Deputat İqbal Ağazadə deputatın kiminsə gizlicə səsini yazmasını Azərbaycan Konstitusiyasının kobud şəkildə pozulması olduğunu bildirib və bunu deputata yaraşmayan eybəcərlik adlandırıb.

İ. Ağazadə qeyd edib ki, Azərbaycan Konstitusiyasında şəxsin gizlicə audio, video yazısının aparılması qəti şəkildə qadağan olunur: “Xüsusilə də deputatın bu işlə məşğul olması çirkinlikdir. Mən hesab edirəm ki, həmkarım Osmanlı bu barədə burada bir açıqlama versin. Ya təkzib etsin bu rüsvayçılığı, ya da edibsə bu fakt Konstitusiyanın kobud şəkildə pozulmasına əsasən cinayətə məsuliyyəti yaradır və deputat məsuliyyətə cəlb olunmalıdır”.

İ. Ağazadəyə cavab olaraq spiker Oqtay Əsədov bildirib: “İqbal Ağazadə, sübutunuz, faktınız varmı ki Ceyhun Osmanlı bunu edib?. Yoxdursa, o zaman belə əsassız danışmayın”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 817
avatar

Mübariz Aslanov

Oxşar yazılar