Yaponiyalı futbolçudan oyunlardan əvvəl inanılmaz isinmə  hərəkətləri: gözlərini məşq etdirir
15 dekabr 2025 17:41 (UTC +04:00)

Yaponiyalı futbolçudan oyunlardan əvvəl inanılmaz isinmə hərəkətləri: gözlərini məşq etdirir

0

"Seltik"in yaponiyalı yarımmüdafiəçisi Reo Hatate hər oyundan əvvəl diqqətəlayiq bir isinmə hərəkəti edir: gözlərini məşq etdirir.

Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, yuxarı, aşağı, sola, sağa baxmaq: bu vizual isinmə ona meydanı daha sürətli araşdırmağa, təzyiq altında daha yaxşı qərarlar qəbul etməyə və ətrafındakı hərəkətlərə daha tez reaksiya verməyə kömək edir.

Hatate görmə qabiliyyətini məşq etdirməklə beynini məlumatları oyun sürətində emal etməyə hazırlayır.

Hatate “Setlik” klubuna 2021/2022 mövsümündə Yaponiyadan gəlib və artıq Şotlandiyada beşinci mövsümünü keçirir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar