Qusarda bir ailə qazdan zəhərləndi
15 dekabr 2025 13:58 (UTC +04:00)

Qusarda bir ailə qazdan zəhərləndi

0

Qusar rayonunun Üzdənoba kəndində dəm qazından zəhərlənmə baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, bir ailənin üzvü olan 4 nəfər qaz sobası ilə qızdırılan evdə dəm qazından zəhərlənib.

Ev sahibi Faiz Sadikov, onun həyat yoldaşı Zalina Sadikova və iki azyaşlı övladları Qusar Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Onlara müvafiq tibbi yardım göstərilib, evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar