Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Həsən Eyyubov vəzifəsindən azad edilib.
Lent.az Unikal.az-a istinadən xəbər verir ki, Həsən Eyyubov təqaüdə göndərilib.
Qeyd edək ki, Həsən Eyyubov Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi, general-polkovnik Bəylər Əyyubovun qardaşı oğludur.