Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbir zamanı rayon ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən 1 nəfər saxlanılıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, həmin şəxsdən 1 ədəd ov silahı və qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq maddi sübut kimi götürülüb.