Novruz Məmmədov İtaliya prezidenti ilə nahar edib
19 iyul 2018 15:59 (UTC +04:00)

Novruz Məmmədov İtaliya prezidenti ilə nahar edib

Baş nazir Novruz Məmmədov və Azərbaycanda rəsmi səfərdə olan İtaliyanın prezidenti Sercio Mattarella birgə işçi nahar ediblər.

 

Nazirlər Kabinətindən Lent.az-a verilən məlumata görə, ali qonağı salamlayan baş nazir Novruz Məmmədov Azərbaycan ilə İtaliya arasında iqtisadi, siyasi, humanitar və digər sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Baş nazir deyib ki, İtaliya prezidentinin Azərbaycana bu səfəri əməkdaşlıq əlaqələrin daha da inkişaf etməsinə öz töhfəsini verəcək. Səfər çərçivəsində keçirilən səmərəli görüşlər, imzalanan sənədlər, Sumqayıt Kimya Sənaye Parkında istifadəyə verilən polipropilen zavodu, Azərbaycan-İtaliya biznes forumu ölkələrin hərtərəfli inkişafı üçün yeni imkanlar açacaq.

 

İtaliya prezidenti Sercio Mattarella Azərbaycana rəsmi səfərinin çox məhsuldar və səmərəli keçdiyini vurğulayıb, ölkələrin münasibətlərinin bundan sonra da dostluq və strateji tərəfdaşlıq əsasında inkişaf edəcəyini diqqətə çatdırıb.

 

Səmimi söhbət zamanı ATƏT-in fəaliyyətdə olan sədri kimi İtaliya dövlətinin başçısı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan ilə İtaliya arasında münasibətlərin inkişaf dinamikasından məmnunluq ifadə edilib, iqtisadiyyatın müxtəlif istiqamətlərində, xüsusən energetika sahəsində əməkdaşlığın perspektivləri haqqında müzakirələr olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 447
avatar

Oxşar yazılar