Müsavat NİDA-ya müqavilə təklif edib
20 dekabr 2013 18:21 (UTC +04:00)

Müsavat NİDA-ya müqavilə təklif edib

Bu gün Müsavat Partiyasının qərargahında bu partiyanın rəhbərliyi və NİDA Vətəndaş Hərəkatının idarə heyəti üzvləri arasında görüş keçirilib.

 

Bu barədə Lent.az-a məlumat verən NİDA İH-in idarə heyətinin üzvü Ülvi Həsənli bildirib ki, görüşdə Müsavat Partiyası ilə təmsilçisi olduğu hərəkat arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Ü.Həsənlinin sözlərinə görə, Müsavat Partiyası rəhbərliyi onlara əməkdaşlıq müqaviləsi təklif edib. Hərəkat rəsmisi Müsavatın bu təklifinin üzvlər arasında müzakirədən sonra cavablandırılacağını bildirib.

 

Qeyd edək ki, Müsavat Partiyası bundan öncə Milli Şurada təmsil olunan AXCP, KXCP və “El” Hərəkatı rəsmiləri ilə də görüşmüş və ikili əməkdaşlıq məsələsini müzakirə etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1000
avatar

Anar Gəraylı

Oxşar yazılar