Müsavat Milli Şurada həmsədrlik məsələsinə münasibət bildirdi
07 noyabr 2013 10:44 (UTC +04:00)

Müsavat Milli Şurada həmsədrlik məsələsinə münasibət bildirdi

“Mən hesab edirəm ki, siyasi proseslərin ləngiməsinin səbəbini Milli Şuranın tərkibində yox, mübarizə meydanında axtarmaq lazımdır. Mən demirəm ki, Milli Şura idealdır, ancaq kifayət qədər yüksək səviyyəli bir orqandır. Milli Şuranın strukturunda hər hansı dəyişiklik etmədən də prosesləri davam etdirməyə imkan var”.

 

Bu sözləri Lent.az-a açıqlamasında Müsavat başqanının müşaviri, Milli Şuranın üzvü Mustafa Hacıbəyli bildirib. M.Hacıbəyli Müsavat Partiyasının və özünün Milli Şuranın həmsədrlik institutuna keçməsinə münasibətini açıqlayarkən belə deyib.

 

Müsavat rəsmisinin sözlərinə görə, Milli Şurada həmsədrlik sisteminə keçilməsi barədə təklif qurumun sessiyasında müzakirəyə çıxarılan zaman Müsavat təmsilçiləri bu təklifə öz münasibətlərini bildirəcəklər: “Hər bir halda bu məsələlər Milli Şurada səs çoxluğu ilə həll ediləcək. Biz də o zaman öz mövqeyimizi bildirəcəyik”.

 

Milli Şurada həmsədrlik institutuna keçilməsinə qarşı olmadığını deyən M.Hacıbəyli bu təklifin müzakirəyə çıxarılmasının tərəfdarı olduğunu da bildirib: “Mən bu təklifin detalları ilə ətraflı tanış deyiləm. Ancaq bütün hallarda hər bir təklif müzakirə çıxarıla və optimal həll yolu tapıla bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1471
avatar

Anar Gəraylı

Oxşar yazılar