Müsavat deputatlığa namizədlərini açıqladı - ADLAR
29 avqust 2015 13:27 (UTC +04:00)

Müsavat deputatlığa namizədlərini açıqladı - ADLAR

Bu gün Müsavat Partiyasının Məclisi parlament seçkilərində iştirakla bağlı qərar qəbul edib.

  
APA-nın məlumatına görə, Məclisin iclasında partiyanın rayon təşkilatları tərəfindən namizədliyi razılaşdırılmış şəxslərin adları açıqlanıb. 
  
Müsavat Partiyasının 30-a yaxın dairədən deputatlığa namizədi yoxdur. Naxçıvan Muxtar Respublikasındakı 7 seçki dairəsindən namizəd irəli sürülməyib. Rayon təşkilatlarının razılaşdırdığı namizədlər Məclisdə səsverməyə çıxarılaraq təsdiqlənib.

 

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin 15 saylı Yasamal Birinci Seçki Dairəsindən, indiki başqan Arif Hacılı isə 33 saylı Xətai Birinci Seçki Dairəsindən namizəd olub. 123 saylı Kəlbəcər Seçki Dairəsindən Azərbaycan Milli Demokrat Partiyasının sədri, sabiq daxili işlər naziri İsgəndər Həmidovun namizədliyi dəstəklənib. 29 saylı Səbail Seçki Dairəsindən Müsavat Partiyasının Məclis sədri Nüşabə Sadıxlı, 46 saylı Şirvan Seçki Dairəsindən başqan müavini  Elman Fəttah, 50 saylı Qobustan-Xızı-Sumqayıt Seçki Dairəsindən başqan müavini Səxavət Soltanlı namizəddirlər. 8 saylı Binəqədi Birinci Seçki Dairəsindən keçmiş deputat Arzu Səmədbəyli, 43 saylı Sumqayıt Üçüncü Seçki Dairəsindən sabiq deputat İkram İsrafil, 44 saylı Sumqayıt-Abşeron Seçki Dairəsindən Məclis üzvü Vəfa Cümşüdlü, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən Məclis üzvü Nəsiman Yaqublu namizəd olublar. Başqan Arif Hacılının qardaşı Mustafa Hacıbəyli 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən namizəd göstərilib.
 

Müsavat başqanının həbsdə olan müavinlərinin də namizəd göstərilməsi səsverməyə çıxarılıb və qəbul edilib. Tofiq Yaqublu 26 saylı Sabunçu Birinci Seçki Dairəsindən deputatlığa namizəd olub. Müsavat başqanının digər həbsdə olan iki müavininin namizəd olduğu dairələrdən isə başqa namizədlər də irəli sürülüb. Belə ki, Yadigar Sadıqlı Lənkəran Seçki Dairəsindən namizəd olub, bu dairədən partiyanın ikinci namizədi Mikayıl Əsədovdur. 121 saylı Laçın Seçki Dairəsindən namizəd Müsavat partiyası başqanının həbsdə olan müavini Fərəc Kərimli, faktiki namizəd isə onun atası Rafiq Kərimli olub. Müsavat Partiyasının 67 saylı Cəlilabad Şəhər Seçki Dairəsindən, 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən və 108 saylı Ağstafa Seçki dairəsindən də iki namizədi var. 

 

Başqanlığa namizəd olmuş Tural Abbaslı deputatlığa namizəd göstərilməyib.

 

İki namizəd olan dairələrlə bağlı yekun qərarı Divan qəbul edəcək. 

# 155
avatar

Oxşar yazılar

Ruben Vardanyan  - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA

Ruben Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA

16 aprel 2024 , 09:52
Tovuz atəşə tutuldu

Tovuz atəşə tutuldu

13 aprel 2024 , 09:10
Ermənilər Daşkəsəni atəşə tutdu

Ermənilər Daşkəsəni atəşə tutdu

12 aprel 2024 , 18:54
Ermənilər Qarabağda niyə qalmadı?  - Paşinyan AÇIQLADI

Ermənilər Qarabağda niyə qalmadı? - Paşinyan AÇIQLADI

10 aprel 2024 , 13:18
Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı

Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı

10 aprel 2024 , 08:09
İlham Əliyevdən Ramazan bayramı paylaşımı

İlham Əliyevdən Ramazan bayramı paylaşımı

9 aprel 2024 , 21:05
Ermənilər Naxçıvanı  atəşə tutdu

Ermənilər Naxçıvanı atəşə tutdu

9 aprel 2024 , 18:37
Erməni tərəf Kəlbəcəri atəşə tutub

Erməni tərəf Kəlbəcəri atəşə tutub

9 aprel 2024 , 13:50