Müsavat-AXCP görüşü başlayıb
13 dekabr 2013 16:52 (UTC +04:00)

Müsavat-AXCP görüşü başlayıb

AXCP və Müsavat partiyalarının rəhbərliyinin Milli Şuranın gələcək fəaliyyəti ilə bağlı görüşü başlayıb.

 

AXCP mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə AXCP-ni partiya sədri Əli Kərimli, Ali Məclisin sədri Həsən Kərimov, sədr müavinləri Gözəl Bayramlı, Nurəddin Məmmədli və Fuad Qəhrəmanlı təmsil edir.

 

Müsavatdan görüşə başqan İsa Qəmbər, Məclis sədri Arzu Səmədbəyli, Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı və başqan müavini Gülağa Aslanlı gəlib.

 

Görüş Müsavat partiyasının təşəbbüsü ilə keçirilir.

 

Qeyd edək ki, Müsavat partiyasının Divanı müxalifətdə olan siyasi qüvvələrlə məsləhətləşmə barədə qərar qəbul edib və bu, həmin qərara əsasən keçirilən ilk görüşdür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 896

Oxşar yazılar