Moldova ombudsmanı Qriqoriu Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) əməkdaşlıq təklifini yüksək qiymətləndirib. Bu barədə Lent.az-a ATXƏM-dən məlumat verilib. Aureliya Qriqoriu ATXƏM sədri İlham İsmayılovun bir müddət öncə ona ünvanlandığı məktuba cavab olaraq bildirib ki, bəşəriyyət Xocalı hadisələrinin dəhşətini tam dərk edərək insan hüquqlarının qorunması və demokratik dəyərlərə nail olunması istiqamətində addım atmış olar: “Mən Yerevanda öz çıxışımda bu faktı gələcəkdə insan hüquqlarının pozulmasına yol verilməməsi nöqteyi-nəzərindən qeyd etmişəm. Siz haqlısız, Avropada fəaliyyət göstərən bir çox təşkilatlar Dağlıq Qarabağda baş vermiş hadisələrdən xəbərsizdirlər. Bu hadisələrdən xəbərdar olanlar da bu mövzudan yayınmağa çalışırlar”.
Moldovalı ombudsman onu da bildirib ki, ATXƏM-lə əməkdaşlıq etməyə hazırdır.