Mirmahmud Mirəlioğlu Milli Şuradan istefasının şərtini açıqladı
28 oktyabr 2013 12:19 (UTC +04:00)

Mirmahmud Mirəlioğlu Milli Şuradan istefasının şərtini açıqladı

Milli Şurada təkliflərim reallaşacaqsa, təkliflərimin arxasınca gedəcəyəm, yox, əgər bu qurumdakı fəaliyyətimiz perspektivsiz olacaqsa, onda məsələlər yenidən qiymətləndiriləcək və adekvat addım atılacaq”.

 

Bu sözləri Lent.az-a açıqlamasında Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Şuranın üzvü Mirmahmud Mirəlioğlu deyib. O, KXCP-nin Milli Şuradakı gələcək fəaliyyətini şərh edərkən belə deyib.

 

M.Mirəlioğlu bildirib ki, Milli Şura üzvləri mövcud vəziyyəti dəyərləndirməli və vəziyyətdən çıxış yolu tapmalıdır: “Çıxış yolları tapılmayacaqsa, mən hesab edirəm ki, gələndə necə hörmət və ehtiramla gəlmişdiksə, gedəndə də o cür gedəcəyik. Gələndə öyüb, gedəndə söymək olmaz”.

 

Milli Şuranın bundan sonrakı fəaliyyətini də qiymətləndirən KXCP sədrinin sözlərinə görə,  bu qurumun taleyini düşünən şəxslər təkcə öz təşkilatlarını yox, ümumilikdə xalqın taleyini düşünsələr, vəziyyətdən çıxış yolu tapmaq mümkün olacaq: “Yox, əgər heç nə edilməyəcək və ya edilən şeylər də indiyə qədərki kimi olacaqsa, o zaman heç bir təsirli fəaliyyət olmayacaq”.

 

M.Mirəlioğlu MŞ-dəki istefaların bundan sonra davam edib-etməyəcəyinə də toxunub. O bildirib ki, Milli Şuradan istefalar bundan sonra da davam edə bilər: “Bu, vəziyyətdən çıxış yollarının tapılmasından asılıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 996
avatar

Anar Gəraylı

Oxşar yazılar