Bu dəqiqələrdə Müsavat Partiyasının qərargahında Demokratik Qüvvələrin Milli Şurasının növbəti sessiyası keçirilir. Mətbuata qapalı keçirilən sessiyada Milli Şuranın layihə kimi hazırlanan memorandumu təqdim olunub. Lent.az-n musavat.coma-a istinadən verdiyi məlumata görə, memorandumda qeyd olunur ki, Milli Şura sədri Rüstəm İbrahimbəyovun qeydiyyata alınması ilə bağlı mövcud olan süni əngəlləri, onun üzvlərinə müraciətini və təkliflərini, eyni zamanda qurumun seçkilərdə iştirak etmək niyyətini nəzərə alaraq qərar verilir:
1. Milli Şura sədri R. İbrahimbəyovun prezidentliyə namizədliyi sona kimi dəstəklənsin.
2. Milli Şuranın seçki prosesindən kənarda qalmaq təhlükəsini nəzər alaraq qurum üzvü olan potensial namizədlərin prezident seçkilərində iştirak etməsi məqsədəuyğun sayılsın;
3. Seçki prosesinə qatılan Milli Şura üzvləri aşağıdakı öhdəliklər qəbul edilir:
a) Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alındığı təqdirdə öz namizədliyini geri götürmək;
b) Seçki kampaniyasında Milli Şuranın 7 iyul 2013-cü il tarixində qəbul etdiyi Təsis Bəyannaməsində və digər sənədlərdə ifadə olunmuş müddəaları əsas platforma kimi götürmək;
c) Milli Şuranın qəbul etdiyui qərarları rəhbər tutaraq seçki kampaniyası dövründə fəaliyyətini digər namizədlərlə əlaqələndirmək;
d) Səsvermə gününə az müddət qalmış, qanunun tələbləri nəzərə alınmaqla irəli sürülən digər namizədlərlə və Milli Şura ilə razılaşmalar arasında 2 iyul 2013-cü il tarixli memorandumda əks olunmuş öhdəliklərlə razılaşan ən şanslı namizədin xeyrinə öz namidəliyini geri götürmək.
4. Bu öhdəlikləri qəbul edən bütün namizədlərə dəstək verilsin.
MŞ-in sessiyası davam edir.