Milli Şura həmsədrlik məsələsində konsensus əldə edə bilmir
07 noyabr 2013 17:47 (UTC +04:00)

Milli Şura həmsədrlik məsələsində konsensus əldə edə bilmir

“Biz Milli Şura daxilində çalışırıq ki, məsələlər səsverməyə gedib çıxmasın və səsverməyə qədər konsensus əldə edilsin. Bu gün Milli Şuranın prezidentliyə namizədi olmuş Cəmil bəyin təşəbbüsü ilə yaradılmış strateji qrupun üzvləri görüşüb, həmsədrliklə bağlı məsələni müzakirə etdi. Bir sıra tərəflər həmsədrliklə bağlı məsələnin müzakirəsinə hazır olmadıqlarını bildirdiyi üçün qərara gəldik ki, bununla bağlı müzakirələr davam etdirilsin və bu ətrafda konsensus əldə edilsin”.

 

Bunu Lent.az-a açıqlamasında Açıq Cəmiyyət Partiyasının sədri, Milli Şuranın üzvü Sülhəddin Əkbər deyib. O bildirib ki, Milli Şuranın strukturuna dəyişiklik edilməsi ilə bağlı dünən Cəmil Həsənli ilə də təkbətək görüşüb və fikir mübadiləsi aparıb: “Ancaq mən indiki mərhələdə həmsədrlik institutu ilə bağlı mövqeyimi açıqlamağı doğru hesab etmirəm, çünki bu, gələcəkdə konsensus əldə edilməsinə problem yarada bilər. Ümid edirəm ki, bu məsələ səsverməyə gəlib çıxana qədər konsensus əldə ediləcək”.

 

S.Əkbərin fikrincə, hazırda əsas məsələ Milli Şuranın hansı strukturda fəaliyyət göstərəcəyi yox, nə iş görəcəyidir: “Əsas forma deyil, məzmundur. Məzmun olmayandan sonra forma qəbul etməyin mənası yoxdur. Biz əvvəlcə doğru məzmunu qəbul etməliyik”.

 

ACP sədri onu da bildirib ki, sədrlik etdiyi partiyanın və özünün də Milli Şuradakı gələcək fəaliyyəti bu qurumun hədəflərinin necə müəyyənləşdiriləcəyindən asılıdır: “Təbii ki, heç bir siyasətçi ciddi nəticənin olmayacağını gördüyü qurumda fəaliyyət göstərmək istəməz”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 558
avatar

Anar Gəraylı

Oxşar yazılar