Milli Şura daxilində yeni qurum yaradılır
08 noyabr 2013 16:15 (UTC +04:00)

Milli Şura daxilində yeni qurum yaradılır

Milli Şuranın sənədlərində məşvərətçi orqanın yaradılması ilə bağlı müddəa var, bu, sadəcə bir təklif deyil. Milli Şuranın Tiflis görüşündə də belə bir qərar qəbul edilmişdi. Bu, Milli Şurada kollegial idarəetmənin yaradılması üçün əhəmiyyətlidir”.

 

Bunu Lent.az-a Milli Şuranın üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib. O bildirib ki, Məşvərətçi orqanın yaradılması Milli Şurada daha səmərəli qərarların qəbul olunmasına kömək edəcək: “Hesab edirik ki, məşvərətçi orqanın yaradılmasına zərurət var. Bu halda hansısa məsələlərin müzakirəyə çıxarılması üçün Milli Şuranın sessiyasını çağırmaq lazım olmayacaq. Təmsilçilik əsasında qərarların daha sürətlə qəbul edilməsi mümkün olacaq”.

 

F.Qəhrəmanlının sözlərinə görə, indiki məqamda Milli Şura daxilində belə bir qurumun yaradılması zərurətə çevrilib: “Məşvərət qurumun funksiyası Milli Şuranın qərarlarının qəbul edilməsindən ibarət olacaq. Bir növ qərarverici orqan olacaq. əsas icra funksiyası isə icra aparatında olacaq. Məşvərət orqanının yaradılması icra aparatının da işini aktivləşdirəcək”.

 

AXCP sədrinin müavini Məşvərət orqanının tərkibinin necə müəyyənləşdiriləcəyini də açıqlayıb. O bildirib ki, yeni yaradılacaq qurumun tərkibi Milli Şuranın sədri tərəfindən də seçilə bilər, qurumun üzvlərinin səsverməsi nəticəsində də: “Bu məsələ ilə bağlı iki variant var. Bunlardan biri müzakirələr nəticəsində seçiləcək. Məşvərətçi orqanın üzvləri ya Milli Şuranın sədri və ya həmsədrləri tərəfindən qurumda təmsil olunan partiya sədrləri və komissiya rəhbərləri arasından seçiləcək, ya da sessiyada səsverməyə çıxarılaraq müəyyənləşdiriləcək. Bu, təqribən İctimai Palatanın Koordinasiya Şurasına bənzər bir qurum olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1063
avatar

Anar Gəraylı

Oxşar yazılar