Millət vəkili Makedoniyalı həmkarı ilə görüşüb
18 aprel 2013 15:28 (UTC +04:00)

Millət vəkili Makedoniyalı həmkarı ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Makedoniya Türk Milli Birlik Hərəkatı Partiyasının sədri, millət vəkili Ərdoğan Saraçla görüşüb.

 

Lent.az-ın məlumatına görə, Azərbaycanla Makedoniya arasında münasibətlərin bütün sahələrdə daha da genişləndiyini qeyd edən millət vəkili ikitərəfli əlaqələrin inkişafında qanunverici orqanların rolunu xüsusi vurğulayıb.

 

Q. Paşayeva Azərbaycanın Makedoniya ilə münasibətlərin inkişafına önəm verdiyini, bütün istiqamətlərdə əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını deyib.

 

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, minlərlə azərbaycanlını qətlə yetirməsi, Xocalı, Qaradağlı, Bağanıs-Ayrım soyqırımlarının Makedoniya cəmiyyətində daha da geniş yayılmasına böyük ehtiyac  olduğunu deyən millət vəkili a bu istiqamətdə Türk Milli Birlik Hərəkatı Partiyasının gördüyü işlərə görə Saraça təşəkkür edib və bildirib ki, Makedoniyadakı türk qardaşlarımızın və onları təmsil edən təşkilatların bu istiqamətdə aktivliyinin artması böyük önəm daşıyır.

 

“Azərbaycanın dərdi bizim dərdimizdir”, - deyən Saraç Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının və soyqırımların Makedoniya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində gördükləri işlərdən danışıb və bu istiqamətdə fəaliyyəti bundan sonra daha da sürətləndirəcəklərini bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 530
avatar

Oxşar yazılar