Mətbuat Şurası mitinqdə monitorinq aparacaq
18 avqust 2013 16:44 (UTC +04:00)

Mətbuat Şurası mitinqdə monitorinq aparacaq

Azərbaycan Mətuat Şurası bu gün Bakıda keçiriləcək icazəli mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinə yaradılmış şəraitin monitorinqini aparacaq. Monitorinq eyni zamanda kütləvi informasiya vasitələri nümayəndələrinin prosesi işıqlandırarkən üzləşə biləcəkləri mümkün maneələrin dərhal aradan qaldırılmasına da yardımçı olmağı nəzərdə tutur.

 

Bu məqsədlə Şuranın Daxili İşlər Nazirliyi ilə birgə yaradılmış monitorinq qrupunun üzvləri, həmçinin qurumun Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının təmsilçiləri aksiya yerində olacaqlar. Bundan başqa MŞ-nin (012) 441 35 96 saylı telefon nömrəsi də mitinq müddətində «qaynar xətt» rejimində fəaliyyət göstərəcək.

 

Mətbuat Şurası peşə fəaliyyətini yerinə yetirəcək jurnalistlərin icazəli və ya icazəsizliyindən asılı olmayaraq bütün aksiyalara üzərində «PRESS» yazılmış xüsusi gödəkçələrdə gəlmələrinin vacibliyini tövsiyə edir. Jurnalistlər prosesi işıqlandırarkən hər hansı maneə ilə üzləşdikləri halda bu barədə həm MŞ-nin monitorinq qrupunun üzvlərinə, həm də Şuranın «qaynar xətt»inə məlumat verə bilərlər.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 404
avatar

Oxşar yazılar