Mərakeş kralı VI Məhəmmədin taxta çıxmasının 16-cı ildönümü Bakıda qeyd olundu
30 iyul 2015 21:43 (UTC +04:00)

Mərakeş kralı VI Məhəmmədin taxta çıxmasının 16-cı ildönümü Bakıda qeyd olundu

Bu gün Mərakeş kralı XVI Məhəmmədin taxta çıxmasının 16-cı ildönümü münasibətilə Bakıda tədbir keçirilib.

 

APA-nın verdiyi xəbərə görə, tədbirdə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov, ABŞ-ın Azərbaycandakı səfirliyinin birinci katibi Castin Krevie, Fransanın Bakıdakı səfiri Paskal Mönye, eləcə də ölkədə akkreditə olunmuş səfirlər və diplomatlar, o cümlədən ictimaiyyət xadimləri iştirak edib.

 

Tədbiri giriş sözü ilə açan Mərakeş Krallığının Bakıdakı səfiri Həsən Hamı iki ölkə arasında əlaqələrin çox yaxşı inkişaf etdiyini bildirib. “Ölkələrimiz arasında bir çox sahələrdə, xüsusən də təhsil və turizm sahəsində əlaqələr çox yaxşı inkişaf edib”.

 

 Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Azərbaycan və Mərakeş arasında dostluq və əməkdaşlıq ruhunda dinamik şəkildə inkişaf etdiyini deyib. “Ölkələrimiz xarici qüvvələrin uzun illər hökmranlığı sonra milli azadlıq mübarizəsi nəticəsində müstəqilliklərini yenidən əldə ediblər. Təhsil sahəsinə əhəmiyyətli yatırımlar edirik, çünki təhsilə edilən yatırımlar xalqlarımızın gələcəyinə dair ən səmərəli yatırımdır”.

# 195
avatar

Oxşar yazılar