Leyla və Arif Yunusun məhkəməsi təxirə salındı
13 iyul 2015 10:12 (UTC +04:00)

Leyla və Arif Yunusun məhkəməsi təxirə salındı

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus barəsində cinayət işi üzrə keçirilməli olan məhkəmə prosesi təxirə salınıb. Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçiriləcək proses iyulun 15 dək təxirə salınıb.

 

Qeyd edək ki, Leyla Yunus ötən il iyulun 30-da həbs edilib. Həbsindən bir həftə sonra həyat yoldaşı Arif Yunus saxlanılıb. Leyla və Arif Yunuslar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 263
avatar

Səlcuq Elçin

Oxşar yazılar