Krımda yerli tatarlar mitinq keçirirlər - <span style="color:red;">FOTO
26 fevral 2014 15:33 (UTC +04:00)

Krımda yerli tatarlar mitinq keçirirlər - FOTO

Simferopol şəhərində - Ukraynanın Krım Muxtar Respublikası parlamentinin binası qarşısında yerli tatarların Ukraynanın ərazi bütövlüyünə dəstək aksiyası keçirilir.


 

APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, aksiyada azı 5 min Krım tatarı iştirak edir. Onlar yerli hakimiyyəti Ukraynanın ərazi bütövlüyünü pozmamağa çağırırlar. İnsanlar əllərində Ukraynanın, Avropa Birliyinin və Krım tatarlarının bayraqlarını tutublar. Bu aksiyadan bir qədər aralıda isə yerli kazak təşkilatlarının üzvləri və Rusiyayönümlü insanlar toplaşıb.

 

Qeyd edək ki, bu gün yerli vaxtla saat 15-də Krım parlamentinin növbədənkənar sessiyası keçiriləcək. Gündəlikdə iki məsələ var: ölkədəki ictimai-siyasi vəziyyət və Krım Nazirlər Kabinetinin hesabatı.

 

# 2055
avatar

Oxşar yazılar